12px13px15px17px
Tarix:11/07/12

Yaponlar 21.5 düym diaqonala malik “Frontier FT103” planşeti təqdim ediblər

Yaponiyanın “Kouziro” şirkətinin təqdim etdiyi nəhəng “Frontier FT103” planşetində ekranın diaqonalı 21,5 düym, təsvir ölçüsü isə 1920×1080 nöqtə təşkil edir. Qurğunun ölçülərini nəzərə alaraq onu mobil adlandırmaq düzgün olmaz. “Android 4.0” platforması quraşdırılıb, Yaponiyada “Frontier FT103” planşetinin qiyməti 437 dollar təşkil edir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “FT103” planşeti 1 QHs takt tezliyində işləyən  “OMAP 4428” ikinüvəli çip ilə təchiz edilib.

Əməli yaddaş tutumu 1 QB, daxili fləş daşıyıcının tutumu isə 8 QB təşkil edir. Planşet, həmçinin 1,2 meqapikselli ön kamera, iki ədəd “USB 2.0” portu, bir ədəd “MicroHDMI”, qulaqcıqlar, mikrofon və yaddaş kartları üçün  birləşdiricilərlə təchiz olunub. “Frontier FT103” planşetinin çəkisi 5 kq təşkil edir.



EMİL




Baxış sayı: 992

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024