12px13px15px17px
Tarix:12/07/12

Türkmənistanda birinci sinif şagirdlərinə netbuk veriləcək

Türkmənistanda sentyabrın 1-də prezidentin adından birinci sinif şagirdlərinə netbuk veriləcək. Bilik günündə ilk dəfə bu akt keçən il keçirilib. Dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov hökumətə 71,5 min netbuk almaq tapşırığı verərək bunu ənənə halına çevirməyi təklif edib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, qlobal şəbəkəyə çıxış imkanını genişləndirmək lazımdır - hökumətin son iclasında netbukların alınması haqqında qətnaməni imzalayan prezident bildirib. Ölkənin hər yaşayış məntəqəsinin  müasir kommunikasiya sistemləri, informasiya resursları ilə tamamilə təchiz olunmasına nail olmaq lazımdır".

Türkmənistanda kompyuterləşdirmə prosesi hökumətin hesabına həyata keçirilir. Son 5 il ərzində, demək olar ki, bütün şəhər məktəblərində interaktiv təhsil metodları tətbiq edilib. Ötən il "Elektron hökumət" proqramı işə salınıb. Dövlət məmurları üçün kompyuter savadı üzrə imtahan tətbiq edilib. Prezidentin fikrincə, "hazırda kompyuter savadı olmadan ölkə iqtisadiyyatını idarə etmək qeyri-mümkündür".

 
EMİL




Baxış sayı: 833

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024