12px13px15px17px
Tarix:12/07/12

Salyanda internet xidməti istifadəçilərinin sayı artır

Salyanda internet xidməti istifadəçilərinin sayı artır. Salyan telefon qovşağının rəisi Faiq Nəcəfovun verdiyi məlumata görə, əhalinin genişzolaqlı internet xidmətinə olan tələbatını ödəmək məqsədilə rayonun Plastmas yaşayış massivində 72 portluq əlavə, Qarabağlıda 32 portluq, Çuxanlıda 48 portluq, Noxudluda 48 portluq, Yenikənddə 48 portluq, Marışlıda 48 portluq, Qaraçalada 24 portluq “DSLAM” (ADSL) avadanlıqları quraşdırılaraq istifadəyə verilib.

Nəticədə sürətli internet istifadəçilərinin sayı ilin əvvəlindən 406 nəfərdən 1077 nəfərə çatdırılıb.
Eyni zamanda rayon ərazisində özəl internet provayderlər “Data Plus”, “Azər On-Line” və “Avir Tel”in fəaliyyəti üçün də şərait yaradılıb.

Faiq Nəcəfovun sözlərinə görə, bu ilin iyulun 1-dən etibarən rayonda sürətdən asılı olmayaraq yeni qoşulan hər bir abunəçi 1 ay ilkin ödəniş haqqını ödəməklə 2 ay internetdən istifadə hüququnu əldə edir.
Həmçinin gecə saatlarından 08:00 radələrinədək internetdən istifadə edən hər bir abunəçinin internet kanal sürəti 10 Mbit/s-dək artırılıb.

RƏVAN




Baxış sayı: 882

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 Avqust 2020

02 08 2020