12px13px15px17px
Tarix:14/07/12

2020-ci ilə 50 milyard qurğu bir-biri ilə internet vasitəsilə əlaqəli olacaq

“Ericsson” şirkətinin proqnozuna görə, 2020-ci ilədək təxminən 50 milyard işlək elektron qurğu internetə mobil operator və ya internet-provayderlərin şəbəkələri vasitəsilə daxil olacaq. Bura kompyuter, mobil telefon, noutbuk, televizor və digər elektron avadanlıqlar daxildir.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, müasir elektron qurğuların əksəriyyəti internetə çıxış imkanına malik olacaq. “Ericsson” şirkətinin sistem arxitekturası üzrə vitse-prezidenti Hakan Cuhammarın proqnozuna görə, gələcəkdə ev qurğuları vasitəsilə şəbəkəyə daxil olmaq mümkünə çevriləcək. "8-10 ildən sonra bağlantı əsas rol oynayacaq. Biz 50 milyard işlək şəbəkə qurğusu haqqında danışırıq. Bütün ev predmetləri şəbəkə alt sistemləri ilə təchiz ediləcək. Əlbəttə ki, diş fırçalarınızın genişzolaqlı şəbəkəyə çıxış imkanına malik olacağına əmin deyiləm, lakin əgər diş həkiminiz ağzınızda nələrin baş verdiyini görmək istəyirsə, niyə də olmasın?" - o bildirib.

EMİL



Baxış sayı: 1529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024