12px13px15px17px
Tarix:16/07/12

“Yahoo!” istifadəçilərinin “oğurlanmış” şifrələri təhlükəsizlik tələblərinə cavab verməyib

Mütəxəssislər yaxın günlərdə hakerlər tərəfindən "Yahoo!"-nun  onlayn xidmətlərindən birinin istifadəçilərinin "oğurlanmış" 450 min şifrəsini təhlil ediblər. Təhlil nəticəsində şifrələrin əksəriyyətinin təhlükəsizlik tələblərinə cavab vermədiyi məlum olub.

"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən  bildirir ki, "Yahoo!" istifadəçiləri arasında ən populyar şifrə "123456" olub; hesabların 0,38 faizi (1666 hesab) bu şifrə ilə  "müdafiə olunub". İkinci yerdə "password" (0,18 faiz), üçüncü yerdə isə "welcome" (0,1 faiz) şifrəsi qərarlaşıb. Onluğa, həmçinin, "12345678", "qwerty" və digər bu tipli şifrələr daxil edilib.

Məlumat üçün bildirək ki, son vaxtlarda müxtəlif sayt və onlayn xidmətlərdə qeydiyyatdan keçmiş istifadəçilərin "oğurlanmış" şifrələrinin təhlili nəticəsində məlum olur ki, insanlar internetdə təhlükəsizlik məsələlərinə az diqqət ayırır və mürəkkəb şifrələrin tərtib edilməsi qaydalarına əməl etmirlər.


EMİL




Baxış sayı: 1288

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024