12px13px15px17px
Tarix:16/07/12

“TRT-Avaz” kanalı yay aylarında Azərbaycanla bağlı yeni verilişlər yayımlayacaq

“TRT-Avaz” kanalı yay aylarında tamaşaçılarını Azərbaycanla bağlı yeni verilişləri ilə sevindirəcək. Verlişlərə Azərbaycanın ən məşhur incəsənət ustaları dəvət olunacaq.

İyulun 16-da saat 11.00-da nümayiş olunacaq ilk verilişin adı “Studiya Avaz - yay söhbətləri”dir. Yay aylarında azərbaycanlı incəsənət ustaları hər həftə İstanbulu gəzəcək, təəssüratlarını “TRT-Avazın” tamaşaçıları ilə paylaşacaqlar. Bu həftənin qonaqları gənc azərbaycanlı xanəndə Arzu Əliyeva və Əməkdar artist, aktrisa və rəssam Suğra Bağırzadə olacaqlar.

“TRT-Avaz” kanalının Azərbaycanla bağlı digər verilişi isə Əməkdar artist Azərinin iştirakı ilə təqdim olunacaq. İyulun 18-də başlayacaq “Bir Avaz” proqramı həftənin hər çərşənbə günü Bakı vaxtı ilə saat 22.00-da Azərbaycan musiqisini türk dünyasının dinləyicilərinə çatdıracaq. Azərinin bu həftədəki qonağı Xalq Artisti Samir Cəfərov və Türkiyənin Adana Çukurova Universitetinin müəllimi, dosent Cahangir Novruzov olacaq.

Bununla birlikdə “TRT”-nin Bakı təmsilçiliyinin hazırladığı “Azərbaycan ulduzları” adlı veriliş də hər bazar günü Bakı vaxtı ilə saat 20.30-da TRT-Avaz kanalında tamaşaçılara nümayiş olunacaq.
 
 




Baxış sayı: 1031

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024