12px13px15px17px
Tarix:17/07/12

“Facebook” platforması mobil telefonlara tam inteqrasiya ediləcək

“Facebook” sosial şəbəkəsi mobil texnologiyaların hazırlanması ilə  məşğul olan şirkət-startapları satın almaqda davam edir. Belə ki, “Facebook” bu gün smartfon və planşetlər üzərindən məzmun mübadiləsi həlləri üzrə ixtisaslaşmış “Spool” şirkətini satın alıb. "Spool komandası mobil proqram təminatının hazırlanmasında, həmçinin məlumat mübadiləsi prosesini sadələşdirməkdə böyük  təcrübəyə malikdir" – “Facebook” nümayəndəsi bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Spool”-un tərtibatçılar komandası sosial şəbəkənin tərkibinə daxil ediləcək. Saziş və onun qiyməti haqqında isə informasiya verilməyib.

“Spool” şirkətinin məhsulları müxtəlif mobil platforma və qurğularda işləyir, bu isə xeyli sayda istifadəçinin məlumat mübadiləsi etməsinə imkan yaradır.

Analitiklərin hesablamalarına görə, “Facebook” 2012-ci ilin ikinci rübündə 1,16 milyard dollar həcmində mənfəət qazana bilər. Şirkətin əməliyyat gəliri 1 səhm üçün 11 sent təşkil edə bilər. Son ay ərzində şirkətin səhmlərinin qiyməti 11 faiz azalıb.
 
EMİL
 




Baxış sayı: 1414

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024