12px13px15px17px
Tarix:17/07/12

AÇIQLAMA : “İnternet İdarəçiliyi Forumunun Bakıda keçirilməsi internet sahəsində əldə olunan uğurların təzahürüdür”

Azərbaycan İnternet Forumu İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda cari ilin noyabr ayında  Bakı şəhərində keçirilməsi nəzərdə tutulan  beynəlxalq   İnternet İdarəçiliyi Forumunun (IGF) 7-ci toplantısı ilə bağlı  məsələ müzakirə olunub.

Toplantıda  adı çəkilən Forumun Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Forumun Azərbaycan İnternetinin inkişafı üçün də faydalı olacağı və inkişafa təkan verəcəyi diqqətə çatdırılıb.

AİF hesab edir ki bu cür yüksək səviyyəli beynəlxalq toplantıda Azərbaycanın son illərdə İKT və xüsusilə İnternet sahəsində əldə etdiyi uğurların təqdim edilməsi, digər ölkələrlə təcrübə mübadiləsinin aparılması üçün yeni imkanlar əldə olunacaq. 

Bununla belə  IGF-nin  İnternetə aid müxtəlif problemlərin müzakirəsi ilə bağlı həm beynəlxalq, həm də milli platforma olmasını nəzərə alaraq AİF Forum ərəfəsində hökumət, eləcə də cəmiyyət üçün Azərbaycan İnternetinin spesifik problemlərinin də diqqətə çatdırılmasının əhəmiyyətli olacağını düşünür.
 
AİF ümid edir ki, bu cür sanballı beynəlxalq tədbirin keçirildiyi ərəfədə  hökumətin və İnternet ictimaiyyətinin səylərinin Azərbaycan İnternetinin aktual problemlərinin həlli istiqamətdə gücləndirilməsi ölkədə İnternetin inkişafına ciddi təkan verəcək.
 




Baxış sayı: 1366

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024