12px13px15px17px
Tarix:18/07/12

Kiçik elektron qurğular bədən enerjisi ilə işləyəcək

Son illərdə kiçik elektron qurğular idman məşqlərinin prosesini dəyişdirib. Onlar ürək döyüntüsünə nəzarət edir, sürəti və sərf olunmuş kalorinin miqdarını göstərir. Bütün bu kiçik qurğular tezliklə bədənin enerjisi ilə işləyəcək.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən  bildirir ki, əgər istifadəçi idman məşqlərindən boyun qaçırtmasa, o zaman kiçik elektron qurğular "TEG-wear" texnologiyası sayəsində  enerji toplayacaq.

Bərpa olunan enerji mənbələri üzrə ixtisaslaşmış "Perpetua" şirkəti bazara bədənin istiliyini elektrikə çevirən çiplər tədarük edəcək. Bu çip hələ ki mobil telefonu enerji ilə doldurmaq iqtidarında deyil, lakin idman datçikləri və tibbi cihazlar üçün yararlıdır.2014-cü ilə qədər bu cür çip tətbiq edilmiş cihazlar satışa çıxarılacaq.




 
EMİL




Baxış sayı: 2037

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024