12px13px15px17px
Tarix:18/07/12

İyul ayının sonuna qədər ölkədə rəqəmli yayımın əhatə faizi 87 faiz olacaq

İyul ayının sonuna qədər ölkədə rəqəmli yayımın əhatə faizi 87 faiz olacaq. Respublika ərazisində TV və radio proqramlarının yayımının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə 2012-ci ilin 6 ayı ərzində “Teleradio” İB tərəfindən 21 ədəd müxtəlif təyinatlı avadanlıqlar qurularaq istismara verilib. Bundan 17 ədədi analoq radio-TV verici, 4 ədədi isə DVB-T TV rəqəmli vericilərdir.
 
Hazırda respublika əhalisinin yaşadığı ərazi­lərin 85%-i açıq paketlə (10-12 kanal) rəqəmli televiziya yayımı ilə təmin edilib. İyul ayının sonuna kimi əlavə olaraq 6 ədəd rəqəmli TV vericinin quraşdırılması nəzərdə tutulur ki, bununla da  rəqəmli yayımın əhatə faizi 87%-ə yüksələcək.

2012-ci ilin 6 ayı ərzində Dövlət Radio Tezliklər İdarəsi (DRİ) tərəfindən daxil olunmuş müraciətlərə uyğun olaraq 302 müəssisə və təşkilatlarda istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib və müvafiq texniki baxış aktları tərtib olunub. Texniki baxış zamanı dövlət qeydiyyatından keçməyən 723 ədəd REV aşkarlanıb.

Bundan başqa, efirə radiomübadilənin düzgün aparılmaması ilə bağlı 181 ədəd qayda pozuntusu aşkar olunub və aidiyyatı istifadəçilərə xəbərdarlıq məktubları göndərilib. 20 qeydiyyatda olmayan tezlik aşkarlanmış və bu məqsədlə təkrar radionəzarət aparılır və qanunvericilik əsasında müvafiq tədbirlər görülür.

Respublika ərazisində yayımlanan TV və FM radioproqramlarının yayım keyfiyyətini yoxlamaq məqsədilə DRİ-nin mütəxəssisləri tərəfindən respublikanın   yaşayış məntəqələrində TV siqnallarının elektromaqnit sahə gərginliyinin səviyyəsi ölçülüb. Həmçinin radiomanitorinq işləri aparılıb. Manitorinq nəticəsində televiziya yayımı üzrə 52 məntəqədə 712 ölçü, radioyayımı üzrə isə 51 məntəqədə 545 ölçmə işləri həyat keçirilib.

Beləliklə, respublika ərazisində qonşu dövlətlərdən yayımlanan radio və televiziya proqramlarının elektromaqnit sahə gərginliyinin səviyyəsini ölçmək məqsədilə 24 şəhər və rayon ərazisində radiomonitorinq işləri aparılıb.
  




Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2020

20 02 2020

20/02/20
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çə

20/02/20
“Sony” ucuz smartfonunu təqdim edib

“Sony” şirkəti ucuz “Xperia L4” smartfonunu təqdim edib.

20/02/20
"Copypaste" konsepsiyasının ixtiraçısı dünyasını dəyişib

İnterfeys və proqramlarda "kəsmək", "kopyalamaq" və "yerləşdirmək" (cut, copy, paste) kimi funksiyaların

20/02/20
“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

“Qualcomm” şirkəti üçüncü nəsil “5G” modemini (“Snapdragon X60”) təqdim edib. Bu, həm

20/02/20
Çində smartfonlara tələbat kəskin azalıb

Çində koronavirusa görə smartfonların satışı kəskin azalıb. Xəstəliyin yayılması əksər satış nöqtələrinin

20/02/20
Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyas

20/02/20
Cənubi Koreyada ilk “Google” “bulud” regionu istifadəyə verilib

“Google” şirkəti Seulda “bulud” regionunu istifadəyə verib. Bu, şirkətin Cənubi Koreya bazarı üçün ilk,

20/02/20
Avropa Komissiyası yeni rəqəmli strategiya təklif edib

Avropa Komissiyası rəqəmli məlumatların istifadəsi və idarə olunma prinsiplərini özündə birləşdirəcək rəq

20/02/20
“Crew Dragon” raketi kosmik turistlərin orbital uçuşları üçün istifadə ediləcək (VİDEO)

Kosmik turistlərin uçuşunun təşkili ilə məşğul olan ABŞ-ın “Space Adventures” şirkəti “SpaceX” korporasiy

20/02/20
Mobil qurğular beyində dəyişikliklər yaradır

Alimlər smartfon asılılığı olan insanların beyninin forma və ölçüsündə dəyişikliklər aşkarlayıblar. Belə