12px13px15px17px
Tarix:18/07/12

“Samsung” istehsalı olan smartfonların rüblük satışlarının həcmi təxminən 3 dəfə artıb

İlkin hesablamalara əsasən, 2012-ci ilin ikinci rübündə dünyada təxminən 405 milyon mobil aparat satılıb. Bu, ötən illə müqayisədə 11 faiz çoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Samsung” iri istehsalçılar siyahısında liderdir: şirkət 3 ay ərzində təxminən 95,8 milyon mobil aparat, həmçinin 50 milyon smartfon tədarük edib.

Müqayisə üçün qeyd edək ki, 2011-ci ilin müvafiq dövründə “Samsung” smartfonlarının satış həcmi 17 milyon təşkil edirdi. Beləliklə, Cənubi Koreya şirkətinin istehsalı olan smartfonlara tələbat 1 il ərzində təxminən 3 dəfə artıb.
 
“Nokia” şirkəti 80,1 milyon mobil aparat satıb və reytinqdə ikinci yerdə qərarlaşıb.“Apple” korporasiyası üçüncü yerdə qərarlaşıb: "iPhone" smartfonların satış həcmi 1 il ərzində 1.5 dəfə artaraq 30,5 milyon təşkil edib.

 
EMİL




Baxış sayı: 1231

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024