12px13px15px17px
Tarix:18/07/12

“Yahoo!”-nun maliyyə göstəriciləri 1 il ərzində demək olar ki dəyişməyib

“Yahoo!” internet şirkətinin məlumatına görə, 2012-ci ilin ikinci rübündə şirkətin satış həcmi demək olar ki dəyişməyib. İkinci rübdə şirkətin mənfəəti 1,08 milyard dollar təşkil edib. Bu, ötən illə müqayisədə 1 faiz çoxdur.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Yahoo!”-nun dəyişməz göstəriciləri şirkətdə durğunluq yaşandığının göstəricisidir. Bu durğunluqla isə “Yahoo!”-nun yeni baş direktoru Marissa Meyers mübarizə aparmalı olacaq.

İkinci rübdə şirkətin əməliyyat gəliri 1 səhm üçün 27 sent təşkil edib. Gəlirin artmasını heyətin ixtisarı ilə izah etmək olar. “Yahoo!”-nun xalis mənfəəti 226,6 milyon dollar və ya 1 səhm üçün 18 sent təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən il şirkətin xalis mənfəəti 237 milyon dollar olub.



 
EMİL




Baxış sayı: 1325

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024