12px13px15px17px
Tarix:20/07/12

Cari ilin birinci yarısında informasiya və rabitə sektorunda 643,5 milyon manatlıq xidmət göstərilib

İnformasiya və rabitə sektorunda bu ilin yanvar-iyun aylarında təsərrüfat subyektlərinə və əhaliyə 643,5 milyon manatlıq xidmət göstərilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,9 faiz çoxdur. Əhaliyə göstərilən informasiya və rabitə xidmətlərinin payı isə 72,3 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, xidmətlərdən əldə olunmuş gəlirlərin 61,5 faizi mobil telefon rabitəsindən yaranıb. Bu xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,9 faiz artaraq 395,8 milyon manat təşkil edib.




Baxış sayı: 1418

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024