12px13px15px17px
Tarix:20/07/12

Regionlarda genişzolaqlı internet istifadəçilərinin sayı artıb

Rayon telekommunikasiya qovşaqlarında genişzolaqlı internet xidmətləri istifadəçilərinin  sayı ümumilikdə 86805-ə çatıb. Bu barədə “Aztelekom” İB-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, bu ilin  əvvəli  ilə  müqayisədə 35073 istifadəçi və ya 67,7% artım deməkdir.

Artım  “Aztelekom.net” şəbəkəsində 21163 istifadəçi və ya 2,1 dəfə təşkil edib. Ay ərzində göstərilən genişzolaqlı internet xidmətlərinin həcmi 684,3 min manat təşkil edib, ilin əvvəli ilə müqayisədə  278,3 min manat və ya 68,5% artıb.

Son 6 ayda birlik üzrə genişzolaqlı xidmətlərin  ümumi  gəlirdə payı 16,6%  olub. Müqayisə üçün  qeyd  etmək  lazımdır  ki, ötən ilin müvafiq  dövründə bu göstərici 5,6%  təşkil edib.Qeyd edək ki, “Aztelekom”İB hər bir ev üçün genişzolaqlı internet layihəsi uğurla davam edir.



RƏVAN




Baxış sayı: 1500

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024