12px13px15px17px
Tarix:23/07/12

7 düymlü ekrana malik uşaq planşeti istehsal edilib

“Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemi ilə işləyən “Nabi 2” planşet kompyuteri satışa çıxarılıb.
Qurğu uşaqlar üçün nəzərdə tutulub. O, xüsusi optimallaşdırılmış interfeysə malikdir və azyaşlı istifadəçilər üçün nəzərdə tutulmuş tətbiq və oyunlar dəsti ilə tədarük olunur.

Mini-kompyuter 1024×600 nöqtə təsvir ölçülü 7 düymlü sensor ekran, 1 Qb əməli yaddaş, 8 QB tutumlu fləş-daşıycı, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 3.0” adapterləri, 2 meqapikselli ön kamera, “MicroSD” slotu, “Mini HDMI” və “MicroUSB 2.0” birləşdiriciləri ilə təchiz edilib.Planşetin ölçüləri 221×154×29 mm, çəkisi isə 600 qr təşkil edir. Qiyməti 200 dollardır.







EMİL




Baxış sayı: 1328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024