12px13px15px17px
Tarix:23/07/12

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin direktoru hakerlərin konfransında çıxış edəcək

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin direktoru Kit Aleksander 2012-ci il iyulun 26-dan 29-dək Las-Veqasda keçiriləcək “Defcon” haker konfransında çıxış edəcək.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Kit Aleksanderin çıxış edəcəyi mövzu haqqında məlumat verilməyib. "Biz ona konfransın yerini göstərəcəyik" – “Defcon” konfransının təşkilatçısı Ceff Moss bildirib. O, Milli Təhlükəsizlik Agentliyinin direktorunun tədbirə dəvət edilməsinə görə hakerlərin narazılıq edəcəklərini gözləyir, lakin Kit Aleksanderin çıxış etməsinə 10 il ərzində nail olduğunu qeyd edib.

Rəsmi şəxslər və ABŞ-ın Təhlükəsizlik xidmətləri nümayəndələrinin  “Defcon” haker konfransında iştirakı ilk dəfə deyil, lakin Kit  Aleksander konfransda iştirak etmiş ən yüksəkvəzifəli məmur olacaq.

Məlumat üçün bildirək ki, “Defcon” konfransı 1992-ci ildən etibarən hər il keçirilir və açıq tədbirdir. Konfrans çərçivəsində kompyuter təhlükəsizliyi mövzusunda mühazirələr, haker yarışları və “dəyirmi masa”lar aparılır. Konfransın təşkilatçısı Ceff Mossdur.
 
EMİL




Baxış sayı: 1399

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024