12px13px15px17px
Tarix:23/07/12

İnstrumental seysmik müşahidələrlə bağlı konfransda müasir tədqiqatların nəticələri müzakirə olunacaq

“Seysmiklik, zəlzələlərin proqnozu, seysmik tikinti dayanıqlığı” mövzusunda V Beynəlxalq konfransına hazırlıq işləri davam edir. Azərbaycanda Şamaxı zəlzələsindən sonra başlanmış instrumental seysmik müşahidələrin 110 illiyinə həsr olunan tədbir bu il 7-12 oktyabr tarixində Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən keçiriləcək.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, konfransda ABŞ, Avropa və MDB daxil olmaqla ümumən 20-dən çox ölkənin mütəxəssisləri, həmçinin Azərbaycanın dövlət rəsmiləri iştirak edəcəklər.

AMEA-nın Geologiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə yaydığı xəbərdə bildirilir ki, 1902-ci ildə Şamaxı zəlzələsindən sonra Azərbaycanda ilk dəfə Şamaxıda, bir az sonra Bakının neft mədənləri yaxınlığında – Balaxanıda  Nobel qardaşlarının təşəbbüsü ilə 3 seysmik stansiya qurulub: “Bu mənada alimlərimiz diqqəti ölkə ərazisində seysmik proseslərin inkişaf tarixinə də yönəldəcək, keçmiş və müasir elmi tədqiqatların nəticələrindən bəhs edəcəklər.

Konfransla bağlı məqalələr RSXM-in “Azərbaycan ərazisində seysmoproqnoz müşahidələrin  kataloqu” elmi jurnalının yeni sayında toplanılacaq və jurnal tədbir iştirakçılarına təqdim olunacaq”. Məqalələr jurnalın “www.seismology.az/journal” internet saytında da yerləşdiriləcək. Beynəlxalq tədbirin məramı və planı barədə ətraflı məlumat oktyabrın əvvəlində keçirilməsi nəzərdə tutulan mətbuat konfransında veriləcək.
 
HƏQİQƏT




Baxış sayı: 1032

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024