12px13px15px17px
Tarix:24/07/12

“Nar Mobile” jurnalistlər üçün yazı müsabiqəsini elan edir

“Nar Mobile” mobil operatoru Milli Mətbuat günü ilə əlaqədar olaraq jurnalistlər arasında “Azərbaycanın Rabitə sahəsinin inkişafında xüsusi tövhəsi olan insanlar” mövzusunda yazı müsabiqəsini elan edir. Müsabiqədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş KİV orqanlarında - informasiya agentliyi, portal, qəzet, jurnallarda çalışan jurnalistlər iştirak edə bilər. Müsabiqə 21 iyul - 21 avqust 2012-ci il tarixləri arasında keçiriləcək və avqust ayın 27-də ekspertlərin yekun rəyi ilə qaliblər elan olunacaq.
 
Müsabiqənin şərtlərinə görə yazılar müsabiqə keçirilən müddət ərzində təqdim olunmalıdır və şərtlərdə göstərilən KİV orqanlarının birində dərc, yerləşmə olunmalıdır.  İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Məqalələrin təqdim olunmasından sonra,  münsiflər  3-4 gün ərzində yazıları qiymətləndirəcək və yekun qərar veriləcək. Sonda 1-ci yerin qalibinə Samsung Galaxy SIII, 2-ci və 3 –cü yerləri tutmuş qaliblərə isə dəyərli hədiyyələr təqdim olunacaqdır.
 
İştirakçıların nəzərinə! Yazını təqdim edərkən müəllif öz adını və soyadını, çalışdığı KİV orqanını, yazının dərc (yerləşmə) olunduğu KİV orqanının bir nüsxəsini və ya sayt olduğu halda linkini göstərmək şərti ilə corpcom@azerfon.az email ünvanına təqdim etməlidir.




Baxış sayı: 921

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024