12px13px15px17px
Tarix:24/07/12

Skype: istifadəçilərin 40 faizi proqram təminatını vaxtında yeniləmir

“Skype” şirkətinin istifadəçiləri arasında keçirdiyi sorğunun nəticəsinə əsasən məlum olub ki, bu internet-telefoniya sisteminin təxminən 40 faiz yaşlı istifadəçisi proqram təminatını heç də vaxtında yeniləmir. İstifadəçilərin 25 faizi proqram təminatını bilərəkdən yeniləmirlər, çünki onun xeyri olmadığı qənaətindədirlər. Tədqiqat “YouGov” sorğu xidmətinin dəstəyi ilə ABŞ, Böyük Britaniya və Almaniyada 350 min istifadəçi arasında keçirilib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, respondentlərin dörddə biri proqramların yeni versiyalarının real üstünlüklərini anlamadıqlarını, təxminən beşdə bir hissəsi isə proqramı yeniləmək üçün vaxt olmadığını qeyd ediblər.

Respondentlər proqramların yenilənməsi ilə bağlı müxtəlif bəhanələr gətiriblər. İstifadəçilərin əksəriyyəti hesab edir ki, proqramların yeni versiyalarının yüklənməsi və onların quraşdırılması çox vaxt tələb edir, digərləri yeni versiyanın kompyuterin işini ağırlaşdıracağından narahatdırlar, üçüncü qisim isə bildirir ki, onlar proqramı hər yeni versiya çıxdıqda yeniləmir, çünki yeniliklər çox tez-tez çıxır və istifadəçilər sadəcə onları izləyə bilmirlər.
 
EMİL




Baxış sayı: 1360

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024