12px13px15px17px
Tarix:25/07/12

Vergi ödəyicilərinə göstərilən elektron xidmətlər genişlənir

Son illərdə vergi ödəyiciləri tərəfindən bəyannamələrin könüllü, elektron qaydada təqdim edilməsi tendensiyası artmaqdadır. Xüsusilə elektron qaydaların tətbiqindən sonra bu sahədə mühüm irəliləyişə nail olunub. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2012-ci ilin yanvar-iyun aylarında təqdim edilmiş 292.853 vergi bəyannaməsinin 271.232-si və ya 92,6 faizi elektron qaydada göndərilib: “Əlbəəl təqdim edilən bəyannamələrin sayı 375, poçt vasitəsilə göndərilən bəyannamələrin sayı isə 21.246 olub. Bundan başqa, ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövrü ərzində qeydiyyata alınmış vergi ödəyicilərinin, təsərrüfat subyektlərinin, nəzarət-kassa aparatlarının (NKA) və POS-terminalların sayında nəzərəçarpacaq artımlar müşahidə olunub.  2012-ci ilin yanvar-iyun ayları ərzində qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 14.418 olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,9 faiz, təsərrüfat subyektlərinin sayı 21.931 olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 dəfə, NKA-ların sayı 21.602 olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 dəfə, POS-terminalların sayı 21.561 olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 dəfə çox olub”.

Vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsinə gəlincə, bu sahədə xidmət mərkəzlərinin xüsusi rolu olub. Belə ki, Bakı şəhərində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən altı ay ərzində qəbul edilmiş ödəyicilərin sayı 13.168-ə çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8971 nəfər çoxdur: “Qəbul edilmiş vergi ödəyicilərinə müxtəlif növ 31.821 xidmət göstərilib.

Vergi ödəyicilərinin məlumatlandırılması işini daha da genişləndirmək və vaxt itkisinə yol verməmək məqsədilə cari ilin ötən altı ayı ərzində onların elektron poçt ünvanlarına 576.200 məktub göndərilib”.
Nazirlikdən son vaxtlar vergi orqanları ilə vergi ödəyiciləri arasında elektron əlaqələrin, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndiyi də vurğulanıb.

Vergi ödəyicilərinin elektron xidmətlərdən maksimum səviyyədə yararlanmaları üçün onlarla aparılan işlərin daha da intensivləşdirilməsinin zəruri olduğunu qeyd edən qurumdan bildirilib ki, vergi ödəyicilərinin vergi orqanları tərəfindən göndərilən elektron məktubları vaxtında oxumaları üçün müvafiq tədbirlərin həyata keçirilməsinə böyük ehtiyac var. Nazirlikdə hesab edilir ki, vergi ödəyicilərinin telefonlarına mesajların göndərilməsi, vergi məsləhətçiləri ilə onların əlaqələrinin qurulması və s. kimi addımların atılması bu işin xeyrinə ola bilər: “Özəl vergi məsləhəti xidmətləri ilə vergi orqanları arasında əlaqələrin genişləndirilməsi də vacibdir.

Bu əməkdaşlığın genişləndirilməsi vergi ödəyicilərinin məlumatlandırılması və onlara lazımi informasiyaların vaxtında çatdırılması işində mühüm rol oynayacaq. Bundan başqa, bəyannamələri elektron qaydada göndərməklə bağlı fiziki şəxslərin fəallığını artırmaq üçün müvafiq tədbirlərin görülməsi zəruridir”.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 857

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Avqust 2020

14/08/20
“Google Lookout” proqramı gözdən əlil insanlara məhsulları tanımağa və sənədləri oxumağa kömək edəcək

“Google” şirkəti ilk dəfə 2019-cu ildə zəif görənlər üçün “Lookout” mobil proqramını istifadəyə verib

14/08/20
“Google Fuchsia OS” sistemi sertifikasiyadan keçib

“Bluetooth” standartlarının hazırlanması və bu texnologiya ilə təchiz edilən qurğuların sertifikatlaşdırılması ilə məşğul olan 

14/08/20
“Vivo S1 Prime” smartfonu rəsmən təqdim edilib

“Vivo” şirkəti 48 mp-lik kamera və “Snapdragon 665” prosessoru ilə təchiz edilmiş yeni “S1 Prime” smartfonunu təqd

14/08/20
“Lenovo” və “HP” dünya noutbuklar bazarının yarısına nəzarət edir

“Strategy Analytics” şirkəti portativ kompüterlərə tələbatın kəskin artmasını açıqlayıb

14/08/20
“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

Altıncı nəsil mobil rabitə şəbəkəsi üzrə pilot layihə 2026-cı ildə istifadəyə veriləcək. Bu barədə “BusinessKorea” nəşrinin Cənubi Ko

14/08/20
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdar edir

Son günlər ölkəmizdə “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması

14/08/20
Yeni “iPhone” smartfonlarının təqdimat tarixi açıqlanıb

“iPhone 12” seriyalı yeni smartfonların təqdimatı gözləniləndən daha gec keçiriləcək

13 08 2020

13/08/20
Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean 

13/08/20
Dünyada milyonlarla istifadəçi Çinin casus proqramlarını quraşdırıb

Mütəxəssislərin araşdırmasına görə, dünyada milyonlarla istifadəçi “QuVideo Inc.” şirkətinin 

13/08/20
Cənubi Koreyada “5G” şəbəkələrinin sürəti ölçülüb

Cənubi Koreyanın paytaxtı Seulda və ölkənin digər altı böyük şəhərində beşinci nəsil mobil rabitə 

13/08/20
“Twitter”də yeni funksiya istifadəyə verilib

“Twitter” mikrobloqlar xidməti istifadəçilərə onların yazılarına cavab verə bilən şəxslərin dairəsini

13/08/20
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

Bu gün Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 24 il keçir

13/08/20
“Honor Hunter” oyun noutbukları hazırlanır

Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinə məxsus “Honor” markası yeni seriyalı portativ kompüterlərin haz

13/08/20
Maliyyə təşkilatlarının pandemiyaya görə İT xərcləri 5 faiz azalacaq

“Gartner” analitik şirkəti 2020-ci ildə maliyyə sektorunda qlobal informasiya texnologiyaları (İT) xərclərinin koronavirus pandemiyasına&n

13/08/20
“iPhone 12” smartfonunun gücü açıqlanıb

Yeni “Apple” smartfonunun gücü kompüterin məhsuldarlığına bərabər olacaq

13/08/20
Dünyanın ən bahalı brendləri məlum olub

“Kantar” analitik agentliyi dünyada ən bahalı brendlərin yenilənmiş illik reytinqini