12px13px15px17px
Tarix:14/07/11

"Google" Azərbaycanda öz serverlərinin yerləşdirilməsinə başlayır

"Google" şirkətinin serverləri "DeltaTelecom" ilkin provayderinin DATA-mərkəzində yerləşdiriləcək. Bu barədə "DeltaTelecom" şirkətinin texniki direktoru Rahid Ələkbərli məlumat verib.
Ələkbərlinin sözlərinə görə, onların quraşdırılması üzrə işlərə artıq avqustun ortalarında, yəni "Google" şirkətinin serverlərinin Azərbaycana gətiriləcəyi vaxtda başlanması planlaşdırılır.
"Google"un serverlərinin Azərbaycan ərazisində yerləşdirilməsi ilkin provayderin xərclərinin azalmasına imkan verir, çünki bu halda tranzit ölkələrə trafik axını haqqının ödənilməsi zərurəti aradan qalxır. Azərbaycanın axtarış sistemlərində serverlərin olması azərbaycanlı istifadəçilər üçün axtarışın keyfiyyətini artırmağa imkan verir, çünki nəticələr böyük sürətlə hazırlanır.
"DeltaTelecom" şirkətində müvafiq infrastrukturun olması "Google" şirkətinin AzNET seqmentini seçməsində əsas amil olub. "DeltaTelecom" DATA-mərkəzi internet-resursların qorunub saxlanması üçün nəzərdə tutulan ixtisaslaşdırılmış texniki meydandır. Mərkəzin mühəndis sistemləri orada yerləşən resusrlardan bütün gün ərzində işini təmin edir, onun yerinə yetirdiyi funksiyaların fasiləsizliyinə zəmanət verir.



Baxış sayı: 934

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024