12px13px15px17px
Tarix:25/07/12

“iPad” planşet kompyuterinin satış həcmi rekord qırıb

“Apple” şirkəti iyunun 30-da bitmiş 2012 maliyyə ilinin üçüncü rübü üzrə hesabat verib. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Apple” şirkəti 3 ay ərzində təxminən 35 milyard dollar mənfəət əldə edib. Bu nəticə ötənilki ilə müqayisədə  23 faiz çoxdur.

Şirkətin xalis mənfəəti 1 il ərzində 7.3 milyard dollardan 8.8 milyard dollara qədər artıb; 1 səhmin qiyməti 9.32 dollar təşkil edib.

“Apple” korporasiyası rüb ərzində təxminən 17 milyon ədəd “iPad” planşet kompyuteri satıb. Bu, rekorddur. Müqayisə üçün: bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 84 faiz çoxdur. “iPhone” smartfonlarına tələbat 28 faiz artaraq 26 milyon təşkil edib. Şirkət 4 milyon ədəd “Mac” fərdi kompyuteri satıb. “İpod” pleyerlərinin tədarük həcmi 10 faiz azalaraq 6.8 milyon təşkil edib.

“Apple”-ın direktoru Tim Kuk şirkətin gələcək məhsulları haqqında gəzən saysız-hesabsız şayiələrlə bağlı şərh verib: "Biz planlarımızı gizli saxlamaq üçün çox çalışırıq. Lakin bu, insanları ehtimallar uydurmaqdan saxlamır. Mən heç nəyi dəyişməyə hazırlaşmıram. Mən insanların şirkətin növbəti məhsulunu gözləmələrindən xoşbəxtəm".




EMİL




Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020