12px13px15px17px
Tarix:25/07/12

“Apple” patent pozuntusuna görə ”Samsung” şirkətindən 2.25 milyard dollar tələb edir

"Apple" şirkəti mobil qurğuların dizaynı ilə bağlı patent pozuntusu  haqqında iş üzrə "Samsung" şirkətindən tələb etdiyi məbləğin həcmini bildirib.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, "Apple" iddia edir ki, "Samsung"-un istehsalı olan smartfon və planşetlərdə guya "iPhone" və "iPad" qurğularının funksionalı və xarici görünüş elementləri köçürülüb.

"Alma" imperiyasının fikrincə, Cənubi Koreya istehsalçısı məhz buna görə smartfon bazarında liderlər sırasına çıxıb. "Samsung" şirkəti ona qarşı sürülmüş iddiaları inkar edərək bildirib ki, o, "ən yaxşı rəqabət" məqsədilə "unikal" məhsullar hazırlayır.

"Apple" korporasiyası ona dəymiş ziyanı 2.525 milyard dollar həcmində qiymətləndirib.Məhkəmə işi üzrə dinləmələr iyulun 30-da San-Xose şəhərində başlayacaq.

EMİL




Baxış sayı: 846

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024