12px13px15px17px
Tarix:25/07/12

“BestComp Group” şirkəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən fəxri diplomla təltif edilib

“BestComp Group” şirkəti “Eurovision – 2012” beynəlxalq musiqi yarışmasının keçirildiyi “Baku Crystall Hall” Brifinq mərkəzində konfrans sisteminin uğurlu inteqrasiyasına görə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən fəxri diplomla təltif edilib.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.

Məlumatda qeyd olunur ki, həyata keçirilən layihə çərçivəsində “BestComp Group” şirkəti musiqi yarışmasının Brifinq mərkəzi üçün “Beyerdynamic” firmasının 3 dil və 300 dinləyici üçün nəzərdə tutulmuş simsiz sinxron tərcümə sistemi və konfrans sistemini təqdim edib və işə buraxıb; bu sistem “Beyerdynamic” firmasının simli və simsiz mikrofonları üzərində qurulmuşdu. Bundan əlavə “Eurovision-2012” musiqi yarışmasının Brifinq mərkəzi “BestComp Group” şirkəti tərəfindən “HP” firmasının 500 ədəd noutbuku və 50 printeri ilə təchiz edilmişdi.

“Sevindirici haldır ki, bizim “Baku Crystal Hall”-da apardığımız iş Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yüksək qiymətləndirilib. Layihənin icrası üçün “HP” və “Beyerdynamic”  kimi qulaqcıq, mikrofon və radio-mikrofon sistemləri, konfrans sistemləri və sinxron tərcümə avadanlığı üzrə dünyaca tanınmış istehsalçıların məhsulları istifadə edilmişdi”, – deyə “BestComp Group” şirkətinin nümayəndəsi bildirib.

Bundan əlavə, “BestComp Group”, “Schneider Electric” şirkətinin partnyoru olaraq, layihənin elektrik təchizatı üzrə əsas subpodratçısı olan “AZENKO” şirkəti üçün “Eurovision-2012” musiqi yarışmasının əsas binaları olan “Crystall Hall” və Brifinq mərkəzində ümumi gücü 5.2 MeqaBayt olan “APC Galaxy 7000” modelləri bazasında “İBP” sisteminin uğurlu quraşdırma, diaqnostika, işə buraxma və sınaq yoxlamasını aparıb.

CAHANGİR




Baxış sayı: 4078

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024