12px13px15px17px
Tarix:26/07/12

“PayPoint” şəbəkəsinə qoşulan internet provayderlərin sayı artıb

İndi “Aktiv ol” və “Smart Systems” internet provayderlərinin abunəçiləri təqdim edilən xidmətləri 400-dən artıq ödəmə terminalı və 1500-dən artıq “PayPoint” satış nöqtəsi vasitəsilə ödəmək imkanı əldə ediblər.

“ICTnews” elektron xəbər xidmətinə şirkətdən verilən məlumata görə, “PayPoint” ödəmə terminalı vasitəsilə ödənişin həyata keçirilməsi üçün “İnternet” bölümünə daxil olmaq, “Aktiv ol” və ya “Smart Systems” seçmək, müqavilə nömrəsini göstərmək və lazımi məbləği daxil etmək lazımdır.

 Göstərilmiş nömrə şəbəkədə yoxlanışdan keçəcək və müvəffəqiyyətli ödənişdən bir neçə saniyə sonra müvafiq qəbz təqdim olunacaq. Bütün ödəniş proseduru bir dəqiqədən çox çəkməyəcək, ödəniş provayderin hesabına real zaman rejimində daxil olacaq.

“PayPoint” – “Komtec” şirkətinin servis brendidir. “PayPoint” şəbəkəsinin əsas məqsədi əhaliyə ani, rahat və keyfiyyətli ödəniş xidmətləri üçün platformanı təmin etməkdir. “PayPoint” vasitəsilə vətəndaşlar mobil və stasionar telefonlar, kommunal xidmətlər, internet və kabel televiziyası üzrə borclarını ödəyə bilərlər.

Hazırda bu şəbəkəyə 30-a yaxın kütləvi xidmət müəssisəsi qoşulub. Şirkət ilin sonunadək xidmət müəssisələrinin sayını 50-yə çatdırmağı və göstərilən xidmətlərin çeşidini artırmağı planlaşdırır.

CAHANGİR




Baxış sayı: 1620

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024