12px13px15px17px
Tarix:26/07/12

Azərbaycan Koreyanın Xüsusi İqtisadi Zonalar və Sənaye parklarının yaradılması təcrübəsini öyrənir

Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi (İİN) arasında imzalanmış "Azərbaycanda Xüsusi İqtisadi Zonaların (XİZ) və Sənaye Şəhərciklərinin İnkişafı Layihəsi" çərçivəsində iyulun 24-də koreyalı ekspertlərdən ibarət qrup Azərbaycana gəlib.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə İİN-in məlumatında deyilir.

Koreyalı ekspertlər Xüsusi İqtisadi Zonalar və Sənaye Parklarının idarə olunması və insan potensialının gücləndirilməsi istiqamətlərində azərbaycanlı ekspertlərlə birgə tədqiqatlar həyata keçirəcəklər.

3 həftəlik səfər çərçivəsində koreyalı ekspertlər Gəncə, Mingəçevir, Şəki, Sumqayıt şəhərlərində olacaq, yerli icra hakimiyyəti nümayəndələri ilə görüşəcək, iri müəssisələrin fəaliyyəti, Sənaye parkları üçün nəzərdə tutulmuş ərazilərlə tanış olacaqlar.



CAHANGİR




Baxış sayı: 1518

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024