12px13px15px17px
Tarix:26/07/12

“ABC-Telekom” MMC-yə 3,7 min manat maliyyə sanksiyası tətbiq edilib

Məlumat verildiyi kimi, Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 13 ünvanında yerləşən “ABC-Telekom” MMC-yə məxsus “Kontakt Electronics” mağazasında aparılan yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların çaşdırıldığı müəyyənləşdirilmiş və bu səbəbdən qeyd olunan təsərrüfat subyekti barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdı. “ICTnews” elektron xəbər xidmətinə bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki,   Dövlət Xidmətində işə baxılmış və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə “ABC-Telekom” MMC-yə 3,7 min manat maliyyə sanksiyası tətbiq edilmişdir.



HƏQİQƏT




Baxış sayı: 1703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024