12px13px15px17px
Tarix:27/07/12

“Facebook” şirkəti ziyana məruz qalıb

“Facebook” sosial şəbəkəsi 2012-ci ilin mayında səhmlərinin birjada ilkin yerləşdirilməsindən sonra birinci maliyyə hesabatını dərc edib.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, şirkət 2012-ci ilin ikinci rübündə 1,18 milyard dollar həcmində mədaxil əldə edib. Bu nəticə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz çoxdur. Belə ki, o zaman mədaxilin həcmi 895 milyon dollar qazanmışdı.

Sosial şəbəkə hesabat dövründə 157 milyon dollar həcmində ziyana məruz qalıb. Müqayisə üçün bildirək ki,  1 il əvvəl “Facebook”un mədaxili 249 milyon dollara bərabər idi. Şirkətin zərərə məruz qalması, birjaya çıxışla bağlı xərclərlə izah olunur.

Hər halda, gəlir tempinin zəifləməsi və gələcək üçün proqnozların olmaması investorları məyus edib. Maliyyə nəticələrinin elan edilməsindən sonra “Facebook”un səhmləri dərhal 11 faiz azalaraq 23,90 dollar təşkil edib.
 
EMİL




Baxış sayı: 1281

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024