12px13px15px17px
Tarix:27/07/12

ABŞ-da 1 Qbitlik internet-şəbəkə istifadəyə verilib

“Google” şirkəti Amerikanın Kanzas-Siti şəhərində internetə çıxış üçün təcrübi yüksəksürətli şəbəkə istifadəyə verib. Şəbəkənin  nəzəri keçirtmə qabiliyyəti saniyədə 1 qiqabit təşkil edir.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Google” mühəndislərinin keçirdikləri sınaq gedişində yeni şəbəkədə yükləmə sürəti saniyədə 973 meqabit təşkil edib.

Şəbəkə hələ ki şəhərin bəzi rayonlarında işləyir, lakin “Google” şəbəkənin əhatə dairəsini genişləndirməyi  planlaşdırır.Qeyd edək ki, yeni şəbəkəyə çıxış imkanı pullu olacaq. İki tarif planı (120 dollar və 70 ABŞ dolları) nəzərdə tutulub.

Universitet, kitabxana və xəstəxanalar “Google” şəbəkəsinə pulsuz qoşulacaq.“State of the Internet” hesabatına görə, 2011-ci ilin son rübündə ABŞ-da internetə çıxışın orta sürəti saniyədə 5,8 meqabit təşkil edib.
 
EMİL




Baxış sayı: 1310

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024