12px13px15px17px
Tarix:27/07/12

Azərbaycan gəncləri Litvada dövlət hesabına İKT ixtisasları üzrə təhsil alacaqlar

Heydər Əliyev Fondu və Litvanın Azərbaycandakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən, 2012/2013-ci tədris ili üçün Litvanın təhsil müəssisələrində Azərbaycan gənclərinin dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir.

Bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib. Komissiyadan bildirilib ki, I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 80-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır.

Magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək hüququna cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər. Müsabiqədə iştirak etmək istəyənlər 2012-ci il iyulun 30-dan avqustun 9-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.

Komissiyadan qeyd edilib ki, Litvada təhsil üçün təklif olunan təhsil proqramları sırasında “Kommunikasiya elmləri”, “Proqramlaşdırma”, “İnformasiya Sistemləri Mühəndisliyi”, “Mühəndis İnformatikası”, “Liman Texnologiyası” da yer alır. Bundan başqa, Litvanın Siauliay Universiteti tərəfindən təqdim olunan proqramlardan biri də “Kompyuter elmləri” adlanır. İngilis və ya rus dili bilinməsinin vacib şərt kimi irəli sürüldüyü sözügedən proqramı seçən namizədlər “Kompyuter elmləri” və ya “Kompyuter mühəndisliyi” üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar. “Siqnalların işlənməsi”nə gəlincə, bunun üçün ingilis dili ilə yanaşı, namizədlər “Elektronika” və ya “Elektrik mühəndisliyi” üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar. Bundan başqa, sözügedən ali təhsil müəssisəsində “İnformatika mühəndisliyi”ni seçənlər üçün də ingilis dili əsas götürüləcək.

Bu namizədlər də “Kompyuter elmləri” və ya “Kompyuter mühəndisliyi” üzrə bakalavr dərəcəsinə malik olmalıdırlar. Litvada azərbaycanlılara dövlət hesabına təhsil almaq imkanı yaradan ali təhsil müəssisələrindən biri də Vilnus Gediminas Texniki Universitetidir ki, burada da təklif olunan proqramlara “İstehsalat Mühəndisliyi və İnnovasiya Menecmenti” ilə bərabər,  “Elektrik Energetikası Sistemi Mühəndisliyi” də daxildir.
 
HƏQİQƏT




Baxış sayı: 705

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






01 İyun 2020

01/06/20
Alimlər natrium-ion batareyası hazırlayıblar

Alimlər natrium-ion batareyası hazırlayıb. Vaşinqton Universitetinin alimlərinin elmi işi “ACS Energy Let

01/06/20
2020-ci ildə dünyanın ən sürətlə inkişaf edən smartfon bazarının həcmi 15% azalacaq

Analitiklər əvvəllər dəfələrlə dünyada ən sürətlə inkişaf edən bazar kimi tanınan Hindistanın smartfonlar

01/06/20
Nazir Ramin Quluzadə uşaqlarla onlayn formatda görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi

01/06/20
“Android 11” sisteminin buraxılışı təxirə salınıb

“Google” şirkəti smartfonlar üçün “Android” əməliyyat sisteminin yeni versiyasının iyunun 3-nə nəzərdə

01/06/20
“MSI Creator 15” noutbuku “4К” formatlı ekranla təchiz edilib

“MSI” şirkəti peşəkar istifadəçilər üçün nəzərdə tutulan “Creator 15” portativ kompüterini

01/06/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmə təqdim edib

ABŞ-ın “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sistemi üçün “Windows 10 May 2020 Update&

01/06/20
Yeni “Redmi 10X” smartfonu satışa çıxarılıb

“Redmi” şirkəti iyunun 1-də Çində ötən həftə təqdim edilən “Redmi 10X” smartfonunu satışa çıxarıb. O,

01/06/20
“Android” smartfonları üçün yeni “Samsung” prosessoru təqdim edilib

“Samsung” şirkəti mobil prosessorlar çeşidini genişləndirərək “Exynos 850” adlı çip təqdim

01/06/20
“HUAWEI”nin yeni hazırlaması “5G” texnologiyasının istifadəyə verilməsini daha asan və ucuz edir

“5G” simsiz rabitə texnologiyası daha kütləvi “3G” və “4G” ilə müqayisədə sürət

01/06/20
Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür

Azərbaycanda poçt rabitəsinin yaradılmasından 202 il ötür. Ölkəmizdə poçt rabitəsi Səfəvilərin hakimiyyəti 

31 05 2020

31/05/20
Görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi münasibətilə poçt markası buraxıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tə

31/05/20
“Xiaomi” şirkəti “6G” şəbəkəsinin sınaqlarına başlayıb

Çinin “Xiaomi” korporasiyası altıncı nəsil şəbəkəsinin ilkin sınaqlarına başlayıb. Bu haqda "Sinxua" xəbə

31/05/20
“Samsung Galaxy Watch Active 2” rəsmi olaraq tibbi cihaz statusu əldə edib

Hər il 16 milyondan çox insan insult keçirir. Elektrokardioqrama (EKQ) və qan təzyiqinə daimi nəzarət ürə

31/05/20
“LG” şirkətinin 48 düymlük ilk “4K OLED” televizoru nə vaxt satışa çıxarılacaq?

“LG” şirkəti 48 düym diaqonallı ilk “4K OLED” televizorun ABŞ-da satışa çıxarılma vaxtını açıqlayıb.<

31/05/20
İsveçdə ilk “5G” şəbəkəsi işə salınıb

“Tele2” telekommunikasiya şirkəti mayın 24-də İsveçdə ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) isti

31/05/20
“IDC”: fərdi kompüter bazarı yalnız gələn il bərpa olunacaq

“International Data Corporation” (IDC) analitik şirkətinin analitikləri hesab edirlər ki, qlobal fərdi ko

31/05/20
Ən populyar smartfon açıqlanıb

“iPhone 11” 2020-ci ilin birinci rübünün yekunları üzrə ən populyar smartfon seçilib. Bu barədə “9t

31/05/20
“Android” sistemində aşkar edilmiş boşluq milyardlarla qurğunun təhlükəsizliyinə təhdiddir

Vaxtaşırı populyar əməliyyat sistemlərində aşkar edilmiş boşluqlar haqqında məlumatlar yayılır. Bu baxımd

31/05/20
“Microsoft” jurnalistləri robotlarla əvəzləyəcək

“Microsoft” korporasiyasının “MSN” portalında çalışan onlarla jurnalist robotlarla əvəzlənəcək.