12px13px15px17px
Tarix:28/07/12

Azərbaycan turistləri Dubay aviaşirkətinin mobil veb-saytından istifadə edə biləcəklər

Dubayın ilk qənaətcil “Flydubai” aviaşirkəti mobil telefonlar üçün yeni veb-saytı istifadəçilərin ixtiyarına buraxıb. Artıq mobil sayt vasitəsilə səyahətçilər aviaşirkətin uçuş cədvəli, tariflər haqqında məlumat ala və digər onlayn xidmətlərdən istifadə edə bilərlər.

“Flydubai.com” resursunun mobil versiyası dünyanın istənilən guşəsindən aviabiletlər almaq və ödənişlər etməyə imkan verir. Eyni zamanda, təyyarənin salonunda yer seçmək, yük və sığorta ödənişlərini “VİSA” və “MasterCard” kartları ilə həyata keçirmək mümkündür.

Üstəlik, nağd üsulla edilən alış-verişi aviaşirkətin tərəfdaş şəbəkəsi vasitəsilə də həyata keçirmək olar. Saytda reyslərin cari vəziyyəti, təyyarələrin yola düşmə və çatma saatları, uçuşların müddəti haqqında məlumatlar da yerləşdirilir.

"Məqsədimiz “Flydubay” ilə səyahəti rahat və faydalı etməkdir. Biz müştərilərimizə, biletlərin bronlaşdırılmasından başlayaraq uçuşların qeydiyyatına qədər - ən müasir xidmət göstərməkdə davam edirik. Ümidvaram ki, yeni mobil veb-saytımızdan yararlanan müştərilər aviaşirkətimizin xidmətlərindən daha çox istifadə edəcəklər", - “Flydubai” aviaşirkətinin baş meneceri Qeyt Əl Qeyt belə deyib.




Baxış sayı: 1912

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024