12px13px15px17px
Tarix:28/07/12

“Mənə nə qədər kredit düşür” sualına indi hər

“Bank of Baku” müştərilərin geniş yayılmış “Mənə nə qədər kredit düşür” sualını cavablandırmaq  üçün yeni SMS xidmətini işə salıb.

Bankdan verilən məlumata görə, 8145 nömrəsinə müvafiq ismarıc göndərməklə bankın yeni və  təkrar müştəriləri təklif olunan kredit şərtlərini, “Dostlar klubu” çərçivəsində hansı növ imtiyaz kartı ala biləcəklərini və bonus məbləğini öyrənə bilərlər.

Beləliklə, “Bank of Baku”dan ilk dəfə kredit almağı düşünənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını yazıb 8145-ə SMS göndərməklə müvafiq məlumat əldə edə bilərlər.

“Bank of Baku”nun daimi müştəriləri “Dostlar klubu”nun hansı kartına (brilyant, qızıl, gümüş) sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə “Dost, boşluq, 6 rəqəmli müştəri kodu”nu yazıb 8145-ə SMS göndərə bilərlər.




Baxış sayı: 951

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024