12px13px15px17px
Tarix:28/07/12

Elektron variantda gün ərzində qeydiyyatı aparılan POS-terminalların sayı artıb

Hazırda respublikamızın bütün ərazisində, xüsusilə Bakı şəhəri və turizm xəritəsinə aid olan mərkəzlərdə fəaliyyət göstərən mehmanxanalarda, ticarət, iaşə, istirahət və əyləncə obyektlərində, taksilərdə, yanacaqdoldurma məntəqələrində və digər sahələrdə POS-terminalların quraşdırılması təmin edilir.

Artıq Bakı şəhərində POS-terminal quraşdırılmalı 25 445 aktiv obyektin 18 minində və ya 71 faizində, turizm sektoruna aid olan obyektlərin isə 90 faizindən çoxunda POS-terminallar fəaliyyət göstərir. Qalan obyektlərdə isə yaxın günlərdə POS-terminalların quraşdırılması başa çatdırılacaq. Beləliklə, 6-10 min arası əlavə POS-terminal fəaliyyət göstərəcək. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, vergitutma bazasını genişləndirmənin əsas metodlarından biri də sahibkarlıq subyektlərinin fəaliyyətində şəffaflığın artırılması, nağdsız hesablaşmalara üstünlük verilməsi, müasir dünyanın istifadə etdiyi ödəniş alətlərinin tətbiqinin genişləndirilməsidir: “Bu baxımdan, 2011-ci il yanvarın 14-də Nazirlər Kabinetinin geniş iclasında nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birlikdə müvafiq tədbirlər həyata keçirilir ki, artıq vergi və rüsumların ödəniş kartları vasitəsilə internet üzərindən ödənilməsi ilə bağlı işlər yekunlaşdırılıb. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna edilmiş dəyişikliklərlə əlaqədar prezidentin müvafiq fərmanı ölkəmizdə POS-terminalların tətbiqi ilə bağlı işləri daha da sürətləndirib. İqtisadiyyatda nağd hesablaşmaların minimuma endirilməsi barədə prezidentin tapşırıq və tövsiyələri biznes qurumları və vətəndaş cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmaqla POS-terminalların quraşdırılmasında fəallıq nümayiş etdirilir”. Görülmüş işlər nəticəsində respublika üzrə POS-terminalların sayı artıq 23 mini ötüb.

Cari ilin birinci rübü ərzində quraşdırılmış POS-terminalların sayında 2011-ci ilin müvafiq dövrünə nisbətən 9,3 dəfə, o cümlədən regionlarda 4,6 dəfə artım müşahidə edilib: “Prosessinq mərkəzləri tərəfindən əvvəllər gün ərzində maksimum 15-20 POS-terminalın qeydiyyatının aparılması mümkün olduğu halda, hazırda elektron prosedurların tətbiqi nəticəsində bu rəqəm 400-ə çatdırılıb. Azərbaycanda dörd prosessor mərkəzi var.

Qısa müddət ərzində həmin texniki vəsaitlər Finlandiyadan gətirildi. Onlar banklara inteqrasiya olundu, lazım olsa, bu rəqəmi hətta 500-dək çatdırmaq imkanımız var. Əminliklə demək olar ki, bunlar banklarla birlikdə çox fəal işləyir”.
 
HƏQİQƏT




Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020