12px13px15px17px
Tarix:28/07/12

“Google”-un mobil versiyasında əllə yazılma funksiyası istifadəyə verilib

“Google” şirkəti axtarış sisteminin mobil versiyasına məlumatların əllə daxil edilməsi funksiyasını əlavə edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, əllə yazılma rejimi aktiv edildikdə, istifadəçi axtarış sorğusunu barmaqları ilə smartfonun ekranında yaza bilər. Bu halda mətnin axtarış sətri sahəsində yazılması mütləq deyil, hərfləri ekranın digər hissələrində də yazmaq olar.

Sorğunu axıra kimi "yazmamaq" olar. “Google” artıq daxil edilmiş simvollar əsasında istifadəçiyə avtomatik tamamlama variantları təklif edir. İstifadəçi lazımi variantı seçdikdən sonra ekranda axtarış nəticələrini görəcək.

Əllə yazma rejimini “Google”-un mobil versiyasında "Sazlamalar" bölməsindən aktivləşdirmək olar. 27 dil dəstəklənir. Funksiya “iOS 5”, “Android 2.3” və “Android 4.0” platforması ilə işləyən qurğularda işləkdir.
 
EMİL




Baxış sayı: 1540

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024