12px13px15px17px
Tarix:30/07/12

8 milyon abunəçinin məlumatlarını “oğurlamış” hakerlər həbs edilib

Cənubi Koreya polisi ölkənin ən böyük “KT Corp” operatorunun 8 milyon müştərisinin məlumatlarını ələ keçirməkdə şübhəli bilinən iki hakeri həbs edib. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, kibercinayətkarlar verilənlər bazasını “sındıraraq” oradan soyadları, telefon nömrələrini və abunəçilərin sənədləri haqqında informasiyanı “oğurlayıblar”.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, kiberсinayətkarlar təxminən 6 ay ərzində operatorun verilənlər bazasına çıxış imkanına malik olublar. “KT Corp” rəhbərliyinin nümayəndələri abunəçilərindən üzr istəyiblər  və təhlükəsizlik sistemini gücləndirəcəklərinə dair söz veriblər.





 
EMİL




Baxış sayı: 1397

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024