12px13px15px17px
Tarix:30/07/12

Rusiya və ABŞ ziyanverici proqramın yeni hədəfləridir?!

Yaxın Şərq regionunda yaşayan istifadəçilərə məqsədyönlü hücumların həyata keçirilməsi və onların məxfi məlumatlarının oğurlanması üçün nəzərdə tutulmuş “Madi” ziyanverici proqramının əmr serverlərinin deaktiv edilməsinə baxmayaraq, onun tarixi hələ başa çatmayıb.

“ICTnews.az” elektron xəbər xidməti “http://itnews.com.ua/” saytına istinadən bildirir ki, "Kasperski Laboratoriyası"nın ekspertləri troyanın genişləndirilmiş funksionala malik olan yeni versiyasını aşkar ediblər. O, xüsusilə “VKontakte” saytını izləyir, həmçinin elementin adında “USA” və “gov” olan səhifələrin ziyarətçilərini axtarır. Bu, kibercinayətkarların hədəfinin Rusiya və ABŞ-a doğru istiqamətləndiyindən xəbər verir.

"Mühüm dəyişikliklərdən biri də odur ki, ziyanverici proqram təminatı hazırda idarəetmə serverindən "əmr" gözləmir, bütün ələ keçirilmiş məlumatları dərhal ona yükləyir" – "Kasperski Laboratoriyası"nın eksperti Nikolya Bryule bildirib. “Madi”-nin əvvəlki versiyaları İran və Kanadadan idarə olunurdu. Troyanın yeni əmr serveri, həmçinin Kanadada yerləşir.

"Kasperski Laboratoriyası"nın ekspertləri “Madi” ziyanverici proqram təminatını ətraflı şəkildə təhlil ediblər. Təhlildə troyanın iş prosesi ətraflı təsvir edilib.

Ziyanverici proqram təminatının, həmçinin istifadə edilən sosial mühəndislik metodlarının sadəliyinə baxmayaraq, kibercinayətkarlar 800-dən çox “qurban”ın kompyuterini virusa yoluxdura biliblər.

EMİL




Baxış sayı: 1554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024