12px13px15px17px
Tarix:31/07/12

Əsl döyüş robotu hazırlanıb (VİDEO)

Yaponiyalı mühəndislər əvvəllər rejissorların cizgi filmlərində  reallaşdırdıqlarını həyata keçirə biliblər. Onlar 5 ton ağırlığında əsl döyüş robotu hazırlayıblar. Robot insan-operatorun kabinədə yerləşdirilməsi və onun əmrlərinin icrasını nəzərdə tutur. “Suidobashi Heavy Industry” şirkətinin nümayəndələri bildiriblər ki, "MechWarrior" robotu əslində istehsalatda ağır işlərin yerinə yetirilməsi üçün nəzərdə tutulub.

Bununla belə şirkət bildirib ki, onun “Kuratas” adlı robotu nəzəri cəhətdən zirehli, onun proqram təminatı yenilənə və yan hissələrində cizgi filmlərindəki kimi  çoxlüləli pulemyotlar yerləşdirilə bilər.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, robotun çəkisi 5 tondan bir qədər çoxdur  və onun avadanlıqlarsız qiyməti 1,4 milyon dollar təşkil edir. 

“Kuratas” robotu hərəkət üçün 4 ədəd təkərdən istifadə edə bilər və onların hər biri dizel mühərrikinə qoşulmuşdur. Nəticədə robot saatda 10 km sürətlə hərəkət edə bilər.Robotu həm onun daxilində yerləşməklə, həm də coystik vasitəsilə idarə etmək olar.

 
EMİL




Baxış sayı: 1397

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024