12px13px15px17px
Tarix:31/07/12

“Aztelekom”İB magistral rabitə xətləri üzərində nəzarəti gücləndirir

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi beynəlxalq və şəhərlərarası rabitə xətlərinin keçdiyi ərazilərdə özbaşına hər hansı işlərin aparılmasının qadağan edildiyi barədə növbəti xəbərdarlıq yayıb. Qərar qəza vəziyyətlərinin qarşısının alınması üçün qəbul edilib və həm hüquqi, həm də fiziki şəxslərə aiddir.

Operatorun kabel xətlərinin keçdiyi ərazilərdə işlərin aparılmasına görə “Aztelekom” magistral kabellərinin texniki qovşaqlarından və yazılı müraciətdən sonra yerli icra hakimiyyəti orqanlarından rəsmi icazə almaq lazımdır.

Təhlükəsizlik qaydalarını pozan hüquqi və fiziki şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəklər. Yazılı müraciətlər Bakıda, eləcə də Sahil qəsəbəsində, Xırdalan, Şamaxı, Göyçay, Siyəzən, Bərdə, Lənkəran, Sabirabad, Beyləqan, Qazax, Salyan, Quba, Şəki, Zaqatala, Qəbələ, Şəmkir, Ucar, Kürdəmir, Gəncə və Göygöl şəhərlərində qəbul edilir.



RƏVAN



Baxış sayı: 1445

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024