12px13px15px17px
Tarix:01/08/12

“Elektron cib kisəsi”

 İnternet vasitəsi ilə alınan malların dəyərinin ödənilməsi “Elektron cib kisəsi” sayəsində daha səmərəlidir. Çünki bu zaman alıcı növbəti alış zamanı öz ünvanı və kredit kartı haqqında informasiyanı daxil etmək zərurəti ilə üzləşmir.

“Elektron cib kisəsi” kredit kartına, elektron pullara dair informasiyanı, habelə istifadəçinin kimliyini təyin edən məlumatları saxlayır, istifadəçinin kimliyini təyin etmək üçün bu məlumatları elektron kommersiya saytındakı məlumatların miqdar hesablayıcılarına təqdim edir. “Elektron cib kisəsi” alışın başa çatması üçün aktivləndirmə zamanı istifadəçinin adı, kredit kartının nömrəsi və çatdırılma haqqında informasiyanı avtomatik daxil edir.

 Mikroödənişlər sistemi kredit kartları ilə adi ödənişlər üçün çox kiçik olan cüzi dəyərli (10 $-dək) alışların haqqının ödənilməsi üçün yaradılmışdır. Belə malların haqqının ödənilməsi üçün elektron pullar da əlverişlidir. Bu pullar adi pul şəbəkəsinə (kağız pullar, sikkələr, çeklər, kredit kartları) daxil olmayan pul formasıdır. İstifadəçilər müştəri proqramları ilə təmin olunurlar.

Bu proqramların sayəsində onlar bir-biri və ya elektron pulları qəbul edən satıcı ilə pul mübadiləsi apara bilərlər. Mikroödənişlərin həyata keçirilməsinə əlavə olaraq, rəqəmsal pullar şəbəkədə mal almaq istəyən, lakin kredit kartı olmayan alıcılar tərəfindən və ya interaktiv alışlar üçün kiməsə pul hədiyyə etmək istəyən alıcılar tərəfindən də istifadə edilə bilər.

Mikroprosessorlu kredit kartları mikroödənişlərin həyata keçirilməsinin alternativ sistemini təklif edir, çünki bu kartların mikroçiplərində digər informasiya ilə yanaşı, elektron ödənişlər haqqında məlumatlar da saxlana bilər. Mikroprosessorlu kredit kartı kredit kartı ölçüsündə olan, rəqəmsal informasiyanı saxlayan plastik kartdan ibarətdir.

Belə kart sağlamlığa dair informasiya, eyniləşdirmə məlumatları, telefon nömrələri saxlaya bilər və ya nağd pul əvəzinə «elektron cib kisəsi» kimi xidmət göstərə bilər. Bu cür kartdan istifadə etmək üçün İnternet istifadəçiləri öz kompyuterlərinə hesablayıcı qurğular qoşmalıdırlar. Alışın haqqını ödəmək üçün istifadəçi bu kartı həmin qurğudan keçirməlidir.

Ödənişləri kredit kartları vasitəsi ilə qəbul etməyə imkanı olmayan araşdırma müəlliflərinə və ya istifadəçilərə pul göndərmək istəyən müştərilərə xidmət məqsədi ilə İnternet vasitəsi ilə həyata keçirilən yeni «müştəri−müştəri» ödəniş sistemləri işlənib hazırlanıb. Pul göndərən tərəf ödənişin həyata keçirilməsi üçün nəzərdə tutulan veb-səhifədə ödəniş hesabının yaradılması üçün öz kredit kartından istifadə edir.

Alıcı bu səhifəyə daxil olub ödənişin necə başa çatdırılmalı olduğunu (bank hesabı və ya fiziki ünvan vasitəsi ilə) dəqiqləşdirərək, ödənişi qəbul edir. Alıcılar elektron çeklərin tətbiq edildiyi ödəniş sistemlərindən istifadə edə bilərlər. Belə çeklər təsdiqlənən rəqəmsal imza ilə qorunur və elektron kommersiyada ödənişlərin həyata keçirilməsi üçün istifadə oluna bilər.

İnteraktiv satışların və marketinqin həyata keçirilməsi üçün İnternetdən istifadə edilməsi yayılma kanallarının münaqişəsini − satış üçün eyni bir şirkətin məhsullarından istifadə edən iki və ya daha çox yayım kanalları arasında rəqabət mübarizəsi yarada bilər. Firmaların ticarət heyəti və distribüterlər sifarişçilərin İnternet vasitəsi ilə alışlara başlaması halında mənfəətin azalacağından ehtiyat edirlər, çünki bu yeni satış kanalı biznesin ənənəvi metodlarını əvəz edə bilər.

Kanalların münaqişəsinin mənfi nəticələrini aradan qaldırmaq üçün bəzi firmalar öz ticarət nümayəndələrinə onların ərazisində aparılmış interaktiv satışlara görə tam faizlər ödəyirlər, hətta həmin nümayəndələrin bəzən satışa heç bir töhfə vermədiyini də nəzərə almırlar. Digər şirkətlər, məsələn, öz əmtəə nomenklaturasının yalnız bir hissəsini İnternet vasitəsi ilə təklif etmək kimi həll yolları işləyib hazırlayırlar.

RƏVAN





Baxış sayı: 1726

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024