12px13px15px17px
Tarix:01/08/12

“Dropbox” “bulud” xidməti hakerlərin qurbanı olub

“Dropbox” "bulud" xidməti müştərilərinə spamın göndərilməsi ilə bağlı vəziyyəti araşdırıb. Şirkətin əməkdaşlarından birinin hesabının “qırılması”nın buna səbəb olduğu ortaya çıxıb. Nəticədə hakerlər “Dropbox” poçt qutularının verilənlər bazasına çıxış əldə ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, şifrələrin kibercinayətkarların əllərinə keçməsi məlum deyil. Həmçinin spamın göndərilməsi ilə bağlı olmayan az sayda “Dropbox” hesabının “qırılması” elan edilib.

Məlumat üçün bildirək ki, Dryu Hyuston və Araş Ferdovski tərəfindən yaradılmış “Dropbox” onlayn-xidməti 2007-ci ildə istifadəyə verilib. Xidmət vasitəsilə faylları internet vasitəsilə saxlamaq və sinxronlaşdırmaq, həmçinin digər istifadəçilərlə mübadilə etmək mümkündür.



EMİL




Baxış sayı: 1495

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024