12px13px15px17px
Tarix:02/08/12

Mobil viruslar sürətlə artır

Mobil qurğular üçün nəzərdə tutulmuş ziyanverici proqramların sayı sürətlə artmağa davam edir. Çinin “NetQin” antivirus şirkətinin məlumatına görə, 2012-ci ilin birinci yarısında dünyada təxminən 13 milyon mobil telefon virusa yoluxub. Bu, 2011-ci ilin müvafiq dövründə qeydə alınmış göstəricidən 177 faiz yuxarıdır.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “NetQin” antivirus şirkətinin hesabat məlumatına əsasən, cari ilin iyununda kəskin virus fəallığı qeydə  alınıb. Yalnız 1 ay ərzində  təxminən 3,7 milyon mobil telefon virusa yoluxdurulub. Bundan əlavə, ekspertlər həmin dövrdə “Android” platforması üçün hazırlanmış görünməmiş sayda (5582) ziyanverici proqram aşkar ediblər.

“NetQin” şirkətinin məlumatlarına əsasən, “Google”-un mobil platforması əsasında işləyən smartfonlar şirkətin 2012-ci ilin birinci yarısında aşkar etdiyi virusların 78 faizi üçün hədəf olub. Mütəxəssislər tərəfindən aşkar edilmiş digər ziyanverici proqramların əksəriyyəti “Symbian” əməliyyat sistemi ilə işləyən aparatlar üçün hazırlanıb. Qeyd edək ki, 2011-ci ilin müvafiq dövründə digər vəziyyət müşahidə olunurdu; o zaman aşkar edilmiş mobil virusların əksəriyyəti ”Nokia” platforması üçün nəzərdə tutulmuşdu.
 
EMİL



Baxış sayı: 1440

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024