12px13px15px17px
Tarix:02/08/12

Azərbaycanın poçt operatoru sığorta şəhadətnamələrinin satışını davam etdirir

Hal-hazırda  "Azərpoçt" MMC-nin bütün Regional Poçt filiallarında fəaliyyət göstərən avtomobillərin  icbari sığortası prosedurları əməliyyatçılar  tərəfindən əhaliyə tam şəkildə izah edilir. Eyni zamanda,  sığorta şəhadətnamələrinin satışı davam etdirilir.

Xatırladaq  ki, ötən ilin sonlarında "Azərpoçt" MMC ilə "Atəşgah" ASC və "AtaSığorta" ASC sığorta şirkətləri arasında sığorta işinin inkişaf etdirilməsinə və etibarlı şəkildə həyata keçirilməsinə, sığortalıların və sığortaçıların hüquq və mənafelərinin qorunmasına yönəldilən, sığortaçıların maliyyə sabitliyinin təmin edilməsinə, sığorta sahəsində fiziki və hüquqi şəxslərin peşəkar fəaliyyətinin göstərilməsinə və sığorta müqavilələrindən irəli gələn münasibətlərin tənzimlənməsinə dair müqavilələr  imzalanıb. İmzalanan müqavilələrə əsasən, "Azərpoçt"un poçt filialları və şöbələri vasitəsilə sığortaçılara icbari və könüllü sığorta üzrə xidmətlər göstərilir.



CAHANGİR




Baxış sayı: 1638

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024