12px13px15px17px
Tarix:02/08/12

“Commodore 64” fərdi kompyuteri 30 yaşını qeyd edir

30 il bundan əvvəl, 1982-ci ilin avqustunda “Commodore International” şirkətinin istehsalı olan əfsanəvi “Commodore 64” fərdi kompyuteri satışa çıxarılıb.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Commodore 64” fərdi kompyuteri 0,985 və ya 1,023 MHs takt tezliyində işləyən “MOS6510” prosessoru ilə təchiz edilmişdi. Əməli yaddaş tutumu 64 KB təşkil edirdi və onu xüsusi kartlar quraşdırmaqla artırmaq mümkün idi.

Videoçıxış mövcudluğu sayəsində kompyuteri televizora qoşmaq və ondan oyun konsolu kimi istifadə etmək mümkün idi.

“Commodore 64” üçün ofis proqramları, oyunlar daxil olmaqla  təxminən 10 min müxtəlif proqram yaradılmışdı.“Commodore 64” 1994-cü ilə qədər istehsal edilib. Bu vaxt ərzində təxminən 17 milyon qurğu satılmışdı.


EMİL



Baxış sayı: 940

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024