12px13px15px17px
Tarix:03/08/12

Müsəlmanların sosial şəbəkəsi Qurban Bayramında fəaliyyət göstərməyə başlayacaq

Qurban Bayramı ərəfəsində halal məzmunlu sosial ünsiyyət platforması adı altında “Salamworld” sosial şəbəkəsi fəaliyyət göstərməyə başlayacaq.

Məqsəd dünyada İslam mədəniyyəti və mirasını tanıtmaq, müsəlmanlar arasındakı dil, coğrafiya və ideoloji əngəlləri aradan qaldıraraq ünsiyyət platforması qurmaqdır. İslam dünyasına xitab edəcək “Salamworld” sosial şəbəkəsinin qurucusu Əbdülvahid Niyazovdur.

Onun sözlərinə görə, müsəlmanların əksəriyyəti mövcud sosial paylaşma saytlarından uyğun olmayan məzmunlar səbəbindən istifadə etmirlər və uşaqlarına da qadağa qoyurlar. Müsəlmanlara özlərini rahat hiss edəcəkləri və dünyadakı digər din qardaşları ilə ünsiyyət saxlaya biləcəkləri sosial şəbəkə xidmətini təqdim edəcəyik.




Baxış sayı: 1365

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024