12px13px15px17px
Tarix:15/07/11

Rasim Əliquliyev: “ Müasir dövr İnternetin inkişafının elmi, texniki və sosial əsaslarının öyrənilməsini tələb edir”

13-14 iyul 2011-ci il tarixlərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirildi. İslas institutun aspirant və dissertantlarının cari ilin birinci yarısı üçün elmi fəaliyyətləri haqqında hesabatlarına həsr olunub.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev informasiya cəmiyyətinin bərqərar olmasında innovativ informasiya texnologiyalarının, xüsusən də İnternetin rolundan söhbət açdı. İnternetin cəmiyyət, elm, siyasət və iqtisadiyyata təsiri məsələlərinin araşdırılmasının önəmliyini vurğulayan alim müxtəlif fəaliyyət sahələrində tərəqqinin, innovativ nəticələrin əldə olunması baxımından İnternetdən istifadə imkanlarının genişləndirilməsinin zəruriliyini bildirib.
Artıq dünyada İnternetin elmi-nəzəri əsaslarının tədqiqi, bu sahədə mövcud problemlərin əsaslı şəkildə öyrənilməsi məsələləri ilə dərindən məşğul olacaq elmi-tədqiqat institutlarının yaradılması istiqamətində məqsədyönlü işlərin aparıldığını söyləyən R.Əliquliyev bu gün dünyanın nüfuzlu elm və ali təhsil müəssisələri, İT-şirkətləri tərəfindən bu sahəyə dəyəri milyonlarla ölçülən maliyyə vəsaitinin yatırıldığını bildirdi, dünyada bu isitqamətdə görülən işləri yüksək dəyərləndirib: “İnternetin dinamik inkişafı, onun ayrı-ayrı problemlərinin tədqiqi ilə məşğul olacaq elmi-tədqiqat institutlarının yaradılması artıq İnternetşünaslıq elminin meydana gəlməsindən xəbər verir. Müasir dövr İnternetin inkişafının elmi, texniki və sosial əsaslarının öyrənilməsini tələb edir”.
AMEA İTİ-də İnternet təhlükəsizliyi, tənzimlənməsi, İnternet asılılıq, informasiya və şəbəkə təhlükəsizliyi və s. istiqamətlərdə müxtəlif problemlərin araşdırıldığını bildirən professor bir çox dissertasiya işlərinin məhz bu mövzulara həsr olunduğunu bildirdi. İnstitut direktoru elmi-tədqiqat işlərində innovativ nəticələrin əldə olunması, istənilən sahədə cəmiyyət üçün faydalı ixtira və kəşflərin edilməsinin önəmliyini vurğulayaraq bu sahədə bilik və təcrübə mübadiləsinin, dünyada görülən işlərlə bağlı araşdırmaların aparılması, o cümlədən elmi əsərlərin beynəlxalq statuslu nüfuzlu jurnallarda dərcinin gələcəyin aliminin qarşısında duran mühüm vəzifələrdən olduğunu bildirib. R.Əliquliyev institutun dünyanın nüfuzlu elm və təhsil mərkəzi və müəssisələri ilə əməkdaşlıq əlaqələrindən də söhbət açaraq İTİ-yə xarici ölkələrin diqqətinin getdikcə artdığını vurğulanıb. Gənc tədqiqatçıların İnternetin tədqiqi məsələləri üzrə beynəlxalq təcrübədən yararlanmasının vacibliyini ifadə edən alim Cənubi Koreya və digər ölkələrin təcrübəsini önə çəkdi. Ölkəmizdə e-dövlətin təşəkkülü və inkişafına mühüm töhfələrin verilməsi, həmçinin Azərbaycan elminin qlobal elm məkanına inteqrasiyası baxımından bu məsələlərin yüksək səviyyədə və davamlı təşkilinin önəmliyini bildirib.



Baxış sayı: 1151

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024