12px13px15px17px
Tarix:15/07/11

Dəyişkən birləşdiricilərlə yeni universal yükləmə qurğusu (Video)

“İDapt” şirkəti müasir cihazların əksəriyyəti ilə uyğun olan “i1 Eco” kompakt yükləmə qurğusunu təklif edir. Cihazın universallığının sirri dəyişkən birləşdiricilərdədir. Onların vasitəsilə müxtəlif şirkətlər tərəfindən hazırlanmış bir çox cihazlara enerji yükləmək olar. Tədarük dəstinə “iPod/iPhone” üçün birləşdirici, həmçinin “Mini USB” və “MicroUSB” birləşdiriciləri daxildir. Əlavə birləşdiriciləri ayrıca əldə etmək olar.
“iDapt i1 Eco USB” porta malikdir, bu da eyni zamanda 2 qurğunu yükləməyə icazə verir. Yükləmə qurğusu istifadə edilməyən an xüsusi sistem avtomatik onu dayandırır. Yükləmə prosesinin təkrar işə salınması üçün müvafiq olan düymə var. “iDapt i1 Eco” həm dəyişən cərəyan şəbəkəsinə, həm də avtomobilin bort elektrik şəbəkəsinə qoşula bilər. Qurğunun qiyməti təxminən 25 dollardır.






Baxış sayı: 1263

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024