12px13px15px17px
Tarix:03/08/12

“Android 4.0” platforması populyarlıq qazanır

“Android” mobil əməliyyat sisteminin müxtəlif versiyalarının bazar payı qiymətləndirilib.“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, “Android”in ən çox istifadə edilən modifikasiyası “2.3 Gingerbread” olaraq qalır: o, təxminən 60,6 faiz aparata quraşdırılıb.

“4.0 Ice Cream Sandwich” tədricən populyarlaşır: onun bazar payı 16 faizə yaxınlaşıb, halbuki iyunda bu göstərici yalnız 7 faiz təşkil edirdi. Bu mobil əməliyyat sistemi hər şeydən əvvəl mövqeyini “Samsung Galaxy S III” kimi yeni smartfon satışlarının hesabına gücləndirir.Yeni “4.1 Jelly Bean” platforması hələ ki “Android” sistem bazarının 0,8 faizini tutur.





 
EMİL




Baxış sayı: 1314

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024