12px13px15px17px
Tarix:04/08/12

Elektron və elektrotexnik materiallar ətrafında müzakirələr aparılacaq

5-7 avqust tarixlərində Çinin Şanxay şəhərində “International Conference on Optical”, “Electronic and Electrical Materials” 2-ci beynəlxalq konfransı baş tutacaq. Konfransda optik, elektron və elektrotexnik materiallar ətrafında müzakirələr aparılacaq və sahə üzrə peşəkarların məruzələri dinləniləcək.

Konfrans zamanı iştirakçılar son dövrlərdə təqdim olunan sahə üzrə sanballı elmi-tədqiqat  işləri ilə tanış olacaq. Bununla yanaşı, sözügedən materialların təsir dairəsində olan kimya, fizika, hesablama əlavələri, maşınqayırma, texnologiyaların emalı və göndərilməsi mövzuları diqqətə çatdırılacaq.

Konfransın əsas kontingentini optik, elektron və elektrotexnik materialların istehsalçı şirkətlərinin rəhbərləri, tədqiqatçılar və sahə üzrə pedaqoji fəaliyyətlə məşğul olan mütəxəssislər təşkil edir.




Baxış sayı: 1655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024