12px13px15px17px
Tarix:04/08/12

Hansı model mobil telefonlar daha çox alınır?

Son bir neçə ildə texnologiyanın inkişafı özünü daha çox mobil telefonlarda göstərir. Belə ki, hər il yaradılan yeni model mobil telefonlar insanlarda bu avadanlığa olan tələbatı artırır. Bir çox insanlar bu “danışıq qutu”sunun bahalı və ucuz olmasının fərqinə varmırlar. Bəzilərinin dediyi “zəng gəlib, zəng getsin” ifadəsilə bir çoxları razılaşmır. Bu, xüsusilə telefon “azarkeşləri”nə aiddir ki, onlar daim ən yeni model mobil telefonlardan almaq istəyirlər.
 
 Bir sıra mobil telefonların satış mərkəzlərindən hansı mobil telefonların daha çox satıldığı öyrənilib.
 
“MobiTel” telefon satışı mərkəzinin məsləhətçisi Nigar xanım onlarda daha çox “Nokia Lumia 900 Black” modelinin satıldığını deyib. Xanım məsləhətçi bildirib ki, ümumiyyətlə, onların mağazasında “Nokia” markalı telefonlar daha çox satılır.
 
“Biz “Nokia”nın rəsmi distribüteri olaraq daha çox o modelə üstünlük veririk. Alıcılar arasında yeni model telefonlara üstünlük verənlər xeyli üstünlük təşkil edir. Ən çox alınan telefonların qiyməti əsasən 700-900 manat arasında dəyişir”.
 
“World Telecom” (WT) satış mərkəzinin məsləhətçisi Orxan son vaxtlar daha çox “BlackBerry Bold 9790” (429AZN), “İPhone 4S” (699AZN) və “BlackBerry 9900” (539 AZN) modellərinin satıldığını deyib. Onun sözlərinə görə, daha çox gənclər yeni mobil telefon həvəskarıdır. Ümumiyyətlə, burada daha çox satılan telefonlar 400-700 AZN arasında dəyişir.
 
 “NLT Telecom” satış mərkəzinin telefon satışı məsləhətçisi Xəyal alıcıların daha çox “Samsung N 7000 Galaxy” telefonuna üstünlük verdiklərini bildirib. Onun sözlərinə görə, “BlackBerry” modelinin alıcıları da çoxluq təşkil edir.
 
“İrşad Telecom” mobil telefon satışı mərkəzinin məsləhətçisi Nurlan son vaxtlar daha çox “Nokia Lumia 900 Black” modelinin satıldığını deyib. Onun sözlərinə görə, daha çox gənc nəslin nümayəndələri bu modelə üstünlük verir:
 
“Nokia Lumia 900 Black” modelinin satışı 599 manatdır. Bundan başqa “BlackBerry 9780” və “Samsung Galaxy S-2” kimi mobil telefonlara da üstünlük verilir”.




Baxış sayı: 4654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024