12px13px15px17px
Tarix:06/08/12

Qabaqcıl müəllimlərin dərslərinin videoyazısı “Videodərs nümunələri”nə yerləşdirilir

Təhsil Nazirliyinin "http://www.kurikulum.az/" portalının baş səhifəsində yerləşdirilən "Videodərs nümunələri"ndən təhsil prosesinin müxtəlif iştirakçıları faydalana bilərlər. "ICTnews" elektron xəbər xidmətinə nazirlikdən bildirilib ki, sözügedən səhifədə qabaqcıl müəllimlərin dərslərinin videoyazısı yerləşdirilib: "Bu dərs nümunələri  qabaqcıl təcrübə ilə tanışlıqla bağlı müəllimlərin köməkçisinə çevrilir.

Müəllimlər qiyabi şəkildə əməkdaşlıq edir, təcrübə mübadiləsi etməklə, peşəkarlığı inkişaf etdirirlər. Bu dərs nümunələri həm də metodkabinetin və metodbirləşmələrin işinin keyfiyyətinin yüksəldilməsi üçün yararlıdır. Müəllimlər kollektiv şəkildə dərs nümunələrini müşahidə etməklə onları təhlil edir, onlardan bəhrələnirlər".

Qurumdan qeyd edilib ki, bu səhifə valideynlərin  "müasir dərs" haqqında məlumatlanmasını da təmin edir: "Təhsilə verilən müasir tələblər haqqında valideyni maarifləndirməklə məktəbdə müəllimlərin məsuliyyətinin artırılmasına,  məktəbin fəaliyyətinə cəmiyyətin nəzarətinin yüksəldilməsinə nail olmaq mümkündür. Bu baxımdan, "Videodərs nümunələri" səhifəsinin xüsusi rolu var".

Bundan başqa, portalda "Elektron dərs vəsaitləri" səhifəsi də yer alıb. Bu səhifədə müəllimin peşəkarlığının artırılması və təhsilin müxtəlif mərhələlərində təlimin təşkili ilə bağlı müəllimə yararlı ola bilən "Power Point" (PP) təqdimatlar yerləşdirilib: "Təlimi yeni yanaşmalar baxımından təşkil edərkən müəllimlərin tələblərə cavab verən dərs vəsaitlərinə böyük ehtiyacı olur.

Bu baxımdan, portalda müəllimlər üçün yararlı "Power Point" təqdimatlar yerləşdirilib. Dərs prosesində müəllim tərəfindən istifadə edilən və şagirdin tənqidi təfəkkürünün inkişafına yönəlmiş müəllimlər tərəfindən hazırlanmış və eləcə də  şagirdlərin yaradıcı təfəkkürünün məhsulu olan, yəni şagirdlər tərəfindən tərtib edilmiş  "PP" təqdimatlar  daxil edilib. Portala, eləcə də "PP" təqdimatın hazırlanması yollarını əks etdirən "PP" təqdimat materialı da daxil edilib.  Səhifənin müxtəlif "PP" təqdimatlarla zənginləşdirilməsində təhsil iştirakçısı olan hər kəs öz töhfələrini verə bilər".
 
 
HƏQİQƏT




Baxış sayı: 1642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024